×
A
A
A
Sazlamalar

Səbail rayonunda mənzildən 130 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Bakı, 22 oktyabr, AZƏRTAC

Səbail rayonunda mənzildən külli miqdarda pul oğurlayan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 19-da rayon polis idarəsinin 41-ci polis bölməsinə rayon ərazisindəki mənzillərin birindən 130 min manat məbləğində pulun oğurlanması barədə məlumat verilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-10-22 12:35:00