×
A
A
A
Sazlamalar

İranın Hava Hücumundan Müdafiə qüvvələri hərbi təlimlərə başlayıb

Tehran, 22 oktyabr, AZƏRTAC

İranın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri hərbi təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Vilayət səmalarının qoruyucuları-99” adlı təlimlərdə “Xordad-3” və “Xordad-15” HHM sistemlərindən istifadə olunub. Bu sistemlər tamamilə İranın milli istehsalıdır və düşmən təyyarələrini anında müəyyən edərək vurmaq imkanına malikdir.
İranın HHM qüvvələrinin generalı Abbas Fərəcpur bildirib ki, təlimlər zamanı İran istehsalı olan digər hərbi avadanlıq da sınaqdan keçiriləcək. Bu təlim İran səmasının qorunmasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-22 12:19:00