×
A
A
A
Sazlamalar

Göygöldə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC
Göygöl rayon sakininə məxsus evə quldurluq yolu ilə daxil olaraq pul və qızıl əşyaları tələb edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 26-da səhər saatlarında rayonun Qızılqaya qəsəbə sakini Fikrət Əliyev rayon polis şöbəsinə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan maska geyinmiş iki nəfərin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və yoldaşı İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra 600 manat məbləğində pul, bir mobil telefon və digər əşyaları götürüb qaçdıqlarını bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum edilmiş Həmid Abdullayev və Azər Səmədov olduqları müəyyənləşdirilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirərək hadisənin törədilməsində istifadə olunan tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər.
Faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-10-22 12:16:00

Video