×
A
A
A
Sazlamalar

ABŞ-ın texnologiya şirkəti ölkə tarixinin ən böyük vergi fırıldağında ittiham olunur

Bakı, 22 oktyabr, AZƏRTAC 

ABŞ-ın Ədliyyə Nazirliyinin açıqlamasında baş ofisi Ohayo ştatında yerləşən “Reynolds & Reynolds” şirkətinin rəhbəri Brokmana qarşı vergi yayındırma, bank fırıldaqçılığı və çirkli pulların yuyulması kimi iddialar irəli sürüldüyü bildirilib.
AZƏRTAC xarici saytlara istinadla bildirir ki, San-Fransisko federal məhkəməsinin apardığı təhqiqatda Brokmanın 20 ildən artıq müddətdə Bermud və Nevis adalarındakı ofşor şirkətlərdən istifadə edərək özəl sərmayə fondlarına qoyduğu sərmayədən əldə etdiyi gəlirdən ödəməli olduğu təxminən 2 milyard dollar həcmində vergini dövlət büdcəsindən yayındırdığı iddia olunur.
Kaliforniya Şimal Regionu məhkəməsinin vəkili Deyvid Anderson mövzu ilə bağlı açıqlamasında deyib: “2 milyard vergidən yayınma iddiası ABŞ-da bu günə qədər bir adama qarşı yönəldilmiş ən böyük vergi cinayətidir”.
“Reynolds & Reynolds” avtomobil sektoru üçün proqram təminatı istehsalı ilə məşğul olan transmilli texnologiya şirkətidir.

Dünya 2020-10-22 12:14:00