×
A
A
A
Sazlamalar

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Cəmiyyət 2020-10-22 12:09:00