×
A
A
A
Sazlamalar

“Qarabağın məşhur müəllimləri” - Həmidə xanım Cavanşir

Bakı, 22 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti tarixi siması Həmidə xanım Cavanşir-Məmmədquluzadədir. Həmidə xanım 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ailəsində dünyaya gəlib. Azərbaycanın ilk maarifçi qadınlarından olub. Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.
Tarix Həmidə xanım Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Həmidə xanım 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatirələrində yazırdı ki, kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi.
Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Elm və təhsil 2020-10-22 12:03:00