×
A
A
A
Sazlamalar

Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) hər il təşkil etdiyi xeyriyyə auksionunun beşincisini bu dəfə ordumuza həsr edəcək. ADMİU-nun Rəssamlıq fakültəsinin professor-müəllim heyətinin yaradıcılıq əsərlərindən ibarət “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, auksiondan əldə olunan gəlir Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediləcək.
“Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu oktyabrın 24-də universitetin əsas binasında təşkil olunacaq.

Elm və təhsil 2020-10-22 11:58:00