×
A
A
A
Sazlamalar

Ermənistanda koronavirus tüğyan edir

Tbilisi, 22 oktyabr, AZƏRTAC
Ermənistanda koronavirus pandemiyası tüğyan edir. Son 24 saat ərzində ölkədə daha 2 min 306 nəfərdə koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 70 min 836-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1131-ə çatıb.
Hazırda Ermənistanda 19 min 591 aktiv koronavirus xəstəsi var.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-22 11:53:00