Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sutka ərzində İranda koronavirusdan 312 nəfər həyatını itirib

Tehran, 22 oktyabr, AZƏRTAC

Son sutka ərzində İranda 5 min 616 nəfər koronavirusa yoluxub, 312 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 545 min 286 nəfər, ölənlərin sayı isə 31 min 346-ə çatıb.
Müalicəsi davam edən 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 438 min 709 nəfər sağalaraq evə buraxılıb.
İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-22 11:40:00