×
A
A
A
Sazlamalar

Bu il Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,4 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin 9 ayında ölkədə idxalın dəyəri 7 milyard 823,4 milyon dollar olub.

İqtisadiyyat 2020-10-22 11:34:00