Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 493,7 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində metallurgiya sənayesi 74,9 faiz artıb, hazır metal məmulatlarının istehsalı sahəsi isə 2,1 faiz azalıb.
Həmçinin metallurgiya sahəsi üzrə 25 min 531,9 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb