×
A
A
A
Sazlamalar

Bu gün Milli Məclisdə Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsinə baxılacaq

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.
Milli Məclisin üzvləri məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər.

Siyasət 2020-10-22 11:10:00