×
A
A
A
Sazlamalar

Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılır

Pekin, 22 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının və bu hərbi təcavüz aktlarının ağır nəticələrinin Hindistan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində yaradılan xatirə guşəsinə insan axını davam edir.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilərə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Gəncə şəhərinin sıx məskunlaşmış ərazilərini iki dəfə raket atəşinə tutması nəticəsində çox sayda dinc insanın həlak olması barədə məlumat verilir.
Ziyarətçilər xatirə guşəsinə güllər və şamlar qoyaraq, bu cinayətin qurbanlarını ehtiramla yad edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Cəmiyyət 2020-10-22 11:52:00