×
A
A
A
Sazlamalar

Ağdaşda doqquz ayda 1736 daimi iş yeri açılıb

Ağdaş, 22 oktyabr, AZƏRTAC

Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağdaş rayonunda da öz uğurlu nəticələrini verir. Təsadüfi deyildir ki, təkcə bu ilin doqquz ayında bölgədə 2727 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təzə açılan iş yerlərinin 1736-sı daimidir. Açılan iş yerlərinin 15-i yeni yaradılan müəssisələrdə, 189-zu mövcud idarə və müəssisələrdə, 1532-si isə fiziki şəxslərdədir.
Qeyd edək ki, aqrar bölgədə olan Ağdaşda kənd təsərrüfatının ayrı-ayrı sahələrində minlərlə sakin müvəqqəti işlə təmin olunub.

 

Regionlar 2020-10-22 10:16:00