×
A
A
A
Sazlamalar

Latviya əhalisinin yarıdan çoxu ən az bir dəfə maliyyə fırıldaqçılığı cəhdləri ilə qarşılaşıb

Riqa, 22 oktyabr, AZƏRTAC

Carı ildə Latviya sakinlərinin yarıdan çoxu ən azı bir dəfə maliyyə fırıldaqçılığı cəhdləri ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Latviyanın ən böyük “SEB” bankının sifarişi ilə aparılan sosioloji araşdırmaya görə, ölkə əhalisinin 56 faizi dələduzların onlardan pul qoparmaq cəhdi ilə rastlaşıb.
Bildirilir ki, latviyalılar çox vaxt qısa müddət ərzində qazanc əldə etmək məqsədilə kiçik investisiyalar yatırmaq təklifi alırlar: respondentlərin 43 faizi bu cür təkliflər alıblar. Dələduzlar tez-tez sakinlərə bank mesajları ilə bağlı elektron məktublar göndərir, eyni zamanda, bank adından zənglər edirlər. Sakinlərin 14 faizi bu cür hallarla üzləşib.
Dələduzlarla daha çox 30-49 yaş arasında olan sakinlər qarşılaşırlar; bu yaş qrupunda olan insanlar dələduzluqla bağlı vəziyyətlərin 60 faizində iştirak ediblər. Dələduzlarla üzləşən respondentlərin əksəriyyəti (78 faizi) onların niyyətlərini dərhal anlayıb və maliyyə itkisindən qaça biliblər.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2020-10-22 07:27:00