×
A
A
A
Sazlamalar

Doqquz ayda Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 6 milyon dollar olub

Kişineu, 22 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 6 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb.
Bildirilir ki, 9 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 2,5 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,5 milyon dollar dəyərində məhsul ixrac edilib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

İqtisadiyyat 2020-10-22 06:41:00