×
A
A
A
Sazlamalar

Qurban Qurbanov: “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Rəqibimizin Çempionlar Liqasında həm Belarusun "Dinamo" (Brest), həm də Avstriyanın "Zaltsburq" komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməyən 48 yaşlı mütəxəssis bildirib ki, "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.
Q.Qurbanov hazırda Qarabağda müharibə getdiyi üçün fikirlərinin Azərbaycan əsgərlərinin yanında olduğunu diqqətə çatdırıb: "Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir".
Baş məşqçi futbolçuları matça motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını deyib.
Qeyd edək ki, bu gün "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman 2020-10-22 01:12:00