×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: “Real Madrid” öz meydanında uduzub

Bakı, 21 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günü erkən başlayan görüşlərdə Ukraynanın “Şaxtyor” klubu səfərdə “Real Madrid” komandasının qonağı olub. Görüş ukraynalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Şaxtyor" hər 3 qolu birinci hissədə vurub. Görüşün 29-cu dəqiqəsində Tete, 33-cü dəqiqəsində Rafael Varan (avtoqol) və Manor Solomon fərqləniblər.
Fasilədən sonra madridlilər Luka Modriç (54) və Vinisiusun (59) sayəsində hesab arasındakı fərqi azaltsa da məğlubiyyətdən qaça bilməyib.
Paralel keçən görüşdə "Zaltsbuq" (Avstriya) və "Lokomotiv" (Rusiya) üz-üzə gəlib. Həmin oyunda qalib müəyyənləşməyib - 2:2.

 

İdman 2020-10-21 23:20:00