×
A
A
A
Sazlamalar

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin tez zamanda icra olunmasını dəstəkləmək üçün petisiya hazırlanıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib.
BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamələrdə göstərilən tələblərin yerinə yetirilməməsinə görə ona heç bir sanksiya tətbiq olunmayıb.
BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin tez bir zamanda icra olunmasını dəstəkləmək üçün petisiya hazırlanıb. Petisiyanı imzalamaq üçün http://chng.it/crGq2jTG2X linkinə daxil olmaq lazımdır. Həqiqəti və ədaləti dəstəkləyək!
Qeyd edək ki, petisiya ilə bağlı Bakı Media Mərkəzi ingilis dilində xüsusi videoçarx hazırlayıb. Videoçarxla Bakı Media Mərkəzinin rəsmi sosial şəbəkə səhifələrində tanış olmaq mümkündür:
Facebook: https://www.facebook.com/1402834436617491/posts/2994095594158026/ 
Instagram: https://www.instagram.com/tv/CGm0yDZptcS/?igshid=xi0ka42lcrd5.

Cəmiyyət 2020-10-21 21:44:00