×
A
A
A
Sazlamalar

Türkiyədə Azərbaycana mənəvi dəstək kampaniyaları davam edir

Ankara, 21 oktyabr, AZƏRTAC

Türkiyədə fəaliyyət göstərən “SS №32” Əliağa Kasalı Kamyonçular Kooperativi Azərbaycana dəstək aksiyasına başlayıb.
AZƏRTAC xəbər verir ki, kooperativin bütün ağırtonnajlı yük maşınlarında Azərbaycan və Türkiyənin dövlət bayraqları asılıb. Kooperativin rəhbəri Savaş Uzun və onun müavini Abdullah Erikçinin kollektiv qarşısında çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və mülki əhaliyə davamlı hücumları ən kəskin ifadələrlə qınanılıb. Qeyd olunub ki, aksiyanı keçirməkdə məqsəd insanların diqqətini Azərbaycanın haqq işinə yönəltmək, müzəffər Azərbaycan Ordusuna mənəvi dəstək verməkdir.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2020-10-21 21:27:00