“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqlənib
Bakı, 21 oktyabr, AZƏRTAC
Nazirlər Kabinetinin Qərarı ilə “Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu sənəd dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir. Sığorta haqqının ümumi məbləği sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayına, habelə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.
Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir
Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb
İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib
AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO