×
A
A
A
Sazlamalar

Gürcüstanda insanları girov götürən silahlı şəxs 500 min dollar və helikopter tələb edir VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri dörd saata yaxındır girov saxlayan silahlı şəxs onların azad edilməsi müqabilində 500 min dollar və helikopter tələb edir.
AZƏRTAC “Sputnik Qruziya” saytına istinadla xəbər verir ki, bir neçə dəqiqə əvvəl bankın binasından daha iki girov buraxılıb. Hazırda naməlum şəxsin orada təxminin 15 nəfəri girov saxladığı ehtimal edilir. Hələlik cinayətkarın şəxsiyyəti barədə heç bir məlumat yoxdur. O, kadrlarda üzünü tam örtən qara maskada görünür. Polis həmin şəxsi bank binasına gətirən taksi sürücüsünü tapıb və onun ifadəsini alır.
Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri bir qədər əvvəl Zuqdidiyə gəlib. Girovların azad edilməsi əməliyyatına şəxsən nazirin rəhbərlik edəcəyi gözlənilir.
Hadisə yerinə Zuqdidi polisi və xüsusi təyinatlılar cəlb olunub. Cinayətkarın qumbara və avtomatla silahlandığı bildirilir.

Dünya 2020-10-21 20:16:00

Video