×
A
A
A
Sazlamalar

Qayanada yaşayan yeganə azərbaycanlıdan dünyadakı ikili standartlara etiraz

Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycandan çox-çox uzaqda - Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ikili münasibət göstərməsinə etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, o və ailə üzvləri əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları tutaraq dünyanı Azərbaycana qarşı ədalətsizliyə son qoymağa çağıraraq, ölkəmizə dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, Təranə Qədirova 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.

Cəmiyyət 2020-10-21 20:11:00