×
A
A
A
Sazlamalar

Avropa Premyer Liqasını başlatmaq üçün FIFA ilə danışıqlar gedir

Bakı, 21 oktyabr, AZƏRTAC

“Liverpul” və “Mançester Yunayted” klubları Avropa Premyer Liqasını başlatmaq üçün FIFA ilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, Avropanın aparıcı klubları ümumi büdcəsi 6 milyard ABŞ dolları olan turniri 2022-ci ildə təşkil etməyi planlaşdırır.
Avropanın əsas 5 liqasından (İngiltərə, Fransa, İtaliya, Almaniya, İspaniya) klublar yarışa qatılmaq istəyənlər sırasındadır.
Qeyd edək ki, turnirdə 18 komandanın iştirakı nəzərdə tutulub.

İdman 2020-10-21 18:36:00