×
A
A
A
Sazlamalar

Masallının çəltik sahələrindən 746 ton məhsul yığılıb

Masallı, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu il Masallı rayonunda 253,9 hektar sahədə çəltik əkilib. İndiyədək 218,4 hektar sahənin məhsulu biçilib, çəltik sahələrindən 746,2 ton məhsul yığılıb. Hər hektardan götürülən orta məhsuldarlıq 34,2 sentener təşkil edir.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Qeyd edək ki, ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi regionlarda, o cümlədən Masallı rayonunda kənd təsərrüfatının bütün sahələrinin, eləcə də çəltikçiliyün inkişafına marağı artırıb. Masallıda ənənəvi təsərrüfat sahələrindən olan çəltikçilik yenidən bərpa edilib.
Hazırda rayonda çəltik yığımı davam edir.

Kənd təsərrüfatı 2020-10-21 18:33:00