×
A
A
A
Sazlamalar

Koronavirusa yoluxan Lens Stroll: Yarışa qayıtmağa hazıram

Bakı, 21 oktyabr, AZƏRTAC

Özünü pis hiss etdiyinə görə Formula 1 Ayfel Qran-Prisini buraxan “Racing Point”in pilotu Lens Stroll daha sonra ona koronavirus diaqnozu qoyulduğunu söyləyib.
AZƏRTAC xəbər verir ki, pilot bu barədə “Twitter”də məlumat verib. O qeyd edib ki, Ayfel Qran-Prisindən sonra koronavirus testindən keçib və nəticə müsbət olub.
Pilot 10 günlük özünütəcriddən sonra yenidən testdən keçdiyini və bu dəfə nəticənin mənfi olduğunu vurğulayıb.
L.Stroll yarışa tam hazır olduğunu bildirib: “Hazırda özümü yaxşı hiss edirəm. Xoşbəxtlikdən xəstəlik yüngül keçdi. Yarışa qayıtmağa hazıram”.

 

İdman 2020-10-21 18:25:00