×
A
A
A
Sazlamalar

Bu il Gömrük Komitəsinə 2,6 milyondan çox elektron müraciət daxil olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 2 milyon 641,7 mindən çox elektron müraciət daxil olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

 

İqtisadiyyat 2020-10-21 18:24:00