×
A
A
A
Sazlamalar

Belarusda koronavirusa yoluxanların sayı 90 minə çatıb

Minsk, 21 oktyabr, AZƏRTAC
Belarusda koronavirusa yoluxanların sayı 90 minə yaxınlaşıb.
AZƏRTAC Belarus Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə 89 min 642 nəfər koronavirusa yoluxub, onlardan 80 min 905-i sağalaraq evə buraxılıb, 941 nəfəri həyatını itirib.
Ölkədə pandemiya dövründə 2 milyon 267 min 862 test aparılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Dünya 2020-10-21 17:57:00