×
A
A
A
Sazlamalar

UEFA Avropa çempionatını ləğv edib

Bakı, 21 oktyabr, AZƏRTAC

UEFA-nın İcraiyyə Komitəsi 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməsi nəzərdə tutulan final mərhələlərini ləğv edib.
AZƏRTAC xəbər verir ki, qurumun bu qərarına səbəb kimi Avropada COVID-19 pandemiyasına görə səfərlərlə bağlı çətinliklər göstərilib.
2019/2020-ci il mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələr - İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıblar.

İdman 2020-10-21 17:01:00