×
A
A
A
Sazlamalar

Ansu Fati növbəti rekordunu müəyyənləşdirib

Bakı, 21 oktyabr, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, 17 yaşlı futbolçu buna ötən gün “Ferensvaroş”la matçda (5:1) qol vurmaqla nail olub. Turnirdə ilk dəfə ötən il dekabrın 10-da “İnter”lə görüşdə fərqlənən ispaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasında 18 yaşı tamam olmamış 2 qol vurmağı bacaran ilk futbolçu kimi rekorda imza atıb.
A.Fati ötən ildən Kataloniya klubunun əsas komandasında çıxış edir. O, cari mövsümdə La Liqada 4 oyuna çıxaraq 3 qol vurub.
Xatırladaq ki, hücumçu İspaniya millisinin heyətində UEFA Millətlər Liqasının Ukrayna ilə matçında fərqlənərək, yığmada qol vuran ən gənc futbolçu adına da yiyələnib.

İdman 2020-10-21 16:44:00