×
A
A
A
Sazlamalar

Vətəndaşların daxili işlər orqanlarına müraciətləri operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür

Bakı, 21 oktyabr, AZƏRTAC

Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin diqqətinə bir daha çatdırılır ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal nazirliyin 102 - Zəng Xidməti mərkəzinə məlumat verilməlidir.
Bununla yanaşı, DİN xatırladır ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barədə ən ciddi məsuliyyət tədbirləri görüləcək.

 

Sosial 2020-10-21 16:24:00