×
A
A
A
Sazlamalar

Əmanәtlәrin 45,5 faizi milli valyutada qoyulub

Bakı, 21 oktyabr, AZƏRTAC

Mәrkәzi Bankın mәlumatına görә, sentyabr ayının 1-nә әhalinin banklardakı әmanәtlәrinin milli valyuta ekvivalentindә mәblәği avqust ayı әrzindә 100,2 milyon manat artaraq 7 milyard 874,4 milyon manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanәtlәrin 54,5 faizi xarici, 45,5 faizi isә milli valyutada qoyulub. Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbәtdә orta mәzәnnәsi 1,70 (ilin әvvәlindәn 1,70) manata, 1 avroya 2,01 (1,91) manata, 100 rus rubluna 2,24 (2,41) manata bәrabәr olub.

 

Maliyyə 2020-10-21 16:22:00