×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda avtomobildən min manat pul oğurlayan Göyçay sakini saxlanılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Binəqədi rayonunda avtomobildən 1000 manat məbləğində pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də M.Kərimovun avtomobilindən içərisində 1000 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini C.Səlimov saxlanılıb.
Hadisə İlə bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqatlar davam edir.

 

Hadisə 2020-10-21 16:02:00