×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

Bakı, 21 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi yeni layihəyə - “Qarabağın məşhur müəllimləri” start verir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində, Qarabağda doğulmuş və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olmuş tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Elm və təhsil 2020-10-21 15:41:00