×
A
A
A
Sazlamalar

Keçmiş məhkum 4 min manatdan çox dəyəri olan əşyaları oğurlayıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Yasamal rayonunda keçmiş məhkum mağazadan 4 min manatdan çox dəyəri olan əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Hadisə 2020-10-21 14:03:00