×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 68 namizəd uğur qazanıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in oktyabrın 21-i saat 13:55-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 68 nəfər uğur qazanıb. Onlardan 36-sı Təhsil Nazirliyində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 7-si Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Maliyyə Nazirliyində, 3-ü Əqli Mülkiyyət Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Elm və təhsil 2020-10-21 14:01:00