×
A
A
A
Sazlamalar

Həbib Nurməhəmmədov Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib

Bakı, 10 oktyabr, AZƏRTAC
Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov Castin Getji ilə qarşılaşmadan sonra kiminlə döyüşəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rusiyalı döyüşçü Jorj Sen-Pyer ilə gücünü sınamaq istədiyini bildirib. Bundan əvvəl, o, Konor Makqreqor və Dastin Porye ilə döyüşmək istəmədiyini vurğulamışdı.
Kanadalı Jorj Sen-Pyer 2002-ci ildə MMA yarışlarında döyüşlərə başlayıb və karyerası ərzində keçirdiyi 27 döyüşdə cəmi iki dəfə məğlub olub. O, UFC kəmərinin sahibidir.
H.Nurməhəmmədovla C.Getji arasında döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq.
H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

İdman 2020-10-21 13:56:00