×
A
A
A
Sazlamalar

“Barselona” klubu 4 futbolçusu ilə müqaviləni yeniləyib

Bakı, 21 oktyabr, AZƏRTAC
İspaniyanın “Barselona” klubu 4 futbolçusu ilə müqaviləni yeniləyib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike, Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.
Pike ilə 2024-cü, Ter Ştegenlə isə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.
De Yonq və Lanqlenin müqaviləsi isə 2026-cı ilin yayınadək uzadılıb. De Yonqun təzminat qiyməti 400, Lanqlenin isə 300 milyon avrodur.

İdman 2020-10-21 13:52:00