×
A
A
A
Sazlamalar

Göygöldə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 21 oktyabr, AZƏRTAC

Göygöldə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl şəhəri ərazisində Tovuz rayon sakini Q.Quliyevin idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini Məzlum Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə M.Quliyev və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-21 13:52:00