×
A
A
A
Sazlamalar

Gəncənin Nizami rayonunda oğurluq edən şəxslər həbs olunub

Bakı, 21 oktyabr, AZƏRTAC
Gəncənin Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Yeni Gəncə qəsəbəsindəki orta məktəblərdən birinin kompüter otağından 2700 manat dəyərində 9 ədəd notbuk oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri E.Həsənov və bir yeniyetmə saxlanılıblar.
Hadisə İlə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2020-10-21 13:29:00