×
A
A
A
Sazlamalar

Ermənistanda bir gündə koronavirusa 2 minə yaxın yoluxma qeydə alınıb

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayında yeni rekord qeydə alınıb.
Son sutka ərzində ölkədə daha 1836 nəfərdə koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, məlumatı ölkənin səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 68 min 530-a yüksəlib.
Pandemiya qurbanlarının sayı da kəskin artıb. Bu virusdan ölənlərin sayı daha 20 nəfər artaraq 1121-ə çatıb.
Hazırda Ermənistanda 17 min 869 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi  

Dünya 2020-10-21 13:27:00