×
A
A
A
Sazlamalar

Masallıda oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Masallıda oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində təhqiqatlar davam edir.

Hadisə 2020-10-21 13:19:00