×
A
A
A
Sazlamalar

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 21 oktyabr, AZƏRTAC

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ rayonunun Zarağan kəndi ərazisində Soltanmuxa kənd sakini A.Baxışlı idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Şərafəddin Qafarovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Regionlar 2020-10-21 12:27:00