×
A
A
A
Sazlamalar

Tikinti materiallarının istehsalı 25,9 faiz artıb

Bakı, 21 oktyabr, AZƏRTAC

2020-ci ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 576,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə tikinti gipsinin istehsalı 78,8 faiz, tikinti kərpicinin istehsalı 24 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 4,2 faiz artıb.
Eyni zamanda, sementin istehsalı 0,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,5 faiz, tikinti əhənginin istehsalı 30,6 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,1 faiz, asfaltın istehsalı 48,5 faiz, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 44,5 faiz azalıb.

 

Tikinti̇ 2020-10-21 12:30:00