×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə də artıb

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Gürcüstanda son sutkada daha 1 351 nəfərə koronavirus diaqnozu qoyulub, 337 nəfər sağalıb, 14 pasiyent isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 21 208-ə, sağalanların sayı 9 003-a, dünyasını dəyişənlərin sayı isə 172-ə çatıb. Hazırda karantində 6 407, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1420 nəfər xüsusi otellərdə müalicə olunur.

Xətayi Əzizov
AZƏRTAC-ım xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-10-21 12:05:00