×
A
A
A
Sazlamalar

Kəlbəcərli məcburi köçkün: tezliklə doğma yurdumuza qayıdacağımıza əminik

Tərtər, 21 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusu cəbhədə düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir, uğurlu əməliyyatlar həyata keçirərək işğal altında olan torpaqlarımızı azad edir. Ordumuzun cəbhədəki uğurları bütün xalqımız kimi məcburi köçkünlərdə də böyük ruh yüksəkliyi yaradıb, onların doğma yurdlarına qayıtmaq inamını daha da artırıb.
Kəlbəcər rayonundan olan məcburi köçkün Kərəm Cəmilov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Ermənistanın təcavüzü səbəbindən 27 ildir ki, doğma yurd-yuvamızdan didərgin düşmüşük. Dövlətimiz tərəfindən hər cürə qayğı ilə əhatə olunsaq da, həmişə doğma torpaqlarımızın həsrəti ilə yaşamış, ata-baba yurdumuza qayıtmaq ümidini heç vaxt itirməmişik. Ötən illər ərzində dövlətimizin güclənməsini, ordumuzun torpaqlarımızı azad edəcəyi günü gözləmişik. Bu gün bu arzumuz həyata keçir. Ordumuz cəbhədə erməni işğalçılarını məhv edir və uzun illərdir həsrət qaldığımız torpaqları düşmən tapdağından azad edir. Odur ki, sevincimizin həddi-hüdudu yoxdur. Biz əminik ki, şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edəcək və biz məcburi köçkünlər ən böyük arzumuza çatacaq, doğma yurdumuza qayıdacağıq.

Regionlar 2020-10-21 11:42:00