Ağdaşlı gənc: Gələcək nəsillər bu günləri xalqımızın qəhrəmanlıq tarixinin bir nümunəsi kimi xatırlayacaqlar
Ağdaş, 21 oktyabr, AZƏRTAC
İşğal altında olan torpaqlara getmək, o yerləri qarış-qarış gəzmək, Şuşanı görmək, İsa bulağından su içmək arzularım var. Artıq arzularımın gerçəkləşəcəyi günün yaxınlaşdığını görürəm. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğalçı Ermənistan ordusundan təmizlənir. Məni Qarabağ torpaqlarına çəkən daha bir səbəb də var. O da atamla bağlı xatirələrimlə əlaqədardır...
Bu sözləri ağdaşlı gənc Sərxan Nemətov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində söyləyib. Sərxanın atası Mehman Nemətov birinci Qarabağ müharibəsində erməni qəsbkarlarına qarşı döyüşüb və qəhrəmancasına şəhid olub. İndi Sərxan erməni ordusunun torpaqlarımızdan qovulacağı günü səbirsizliklə gözləyir: “Hər gün qələbə xəbərini alırıq, hər gün yeni-yeni ərazilərimiz erməni faşistlərindən təmizlənir. Dünən Ali Baş Komandandan Zəngilanın da azad edildiyini eşitdim. Ailəmizdə, növbəti sevincli anlar, bayram əhval-ruhiyyəsi yaşandı. Günlər keçəcək, zaman dəyişəcək, bizdən sonrakı nəsillər bu günləri xalqımızın qəhrəmanlıq tarixinin bir nümunəsi kimi xatırlayacaqlar”.
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək