×
A
A
A
Sazlamalar

Biləsuvarda meyvə bağlarından 4 min 245 ton məhsul yığılıb

Biləsuvarda, 21 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin 9 ayı ərzində rayonda mövcud olan 1508.8 hektar bağdan 4 min 245 ton meyvə toplayıblar. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 252 ton çoxdur. Yığılmış məhsulun 210 tonunu alma, 324 tonunu armud, 264 tonunu ərik, 96.4 tonunu albalı, 989.3 tonunu alça, 173 tonunu gilas, 364 tonunu gavalı, 107.1 tonunu şaftalı, 84 tonunu fındıq, 660 tonunu nar, 290 tonunu heyva, 12 tonunu boranı, 4 tonunu limon təşkil edib. Bağbanlar, həmçinin bağlardan 672 ton giləmeyvə də toplayıblar.
Rayonda meyvə yığımı ilin sonunadək davam edir.

Kənd təsərrüfatı 2020-10-21 11:04:00