×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusla bağlı yeni antirekord: 6719 yoluxma, 141 ölüm

Kiyev, 21 oktyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 141 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 5927 nəfərə çatıb ki, onların 75 faizi 60 yaşdan yuxarı olan insanlardır.
Ötən gün ölkədə 6719 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada 315 min 826 nəfər bu virusa yoluxub, 132 min 219-u isə müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-10-21 10:46:00