×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələrin Yardım Fonduna dəstək məqsədilə virtual sərgi keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədilə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı və sənətsevərlərin dəstəyi ilə satış sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, satışdan əldə olunan bütün vəsaitin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.
Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilib. Sərgi xoş əhval ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval- ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.
Rəsm əsərlərinin alıcıları əsərləri bu möhtəşəm günlərimizdən xatirə kimi öz divarlarından asacaq, ödəniş isə birbaşa Fonda ediləcəkdir.
Azərbaycan Rəssamlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədilə satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanır.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Mədəniyyət 2020-10-21 10:22:00